satellite   Azerspace-1: 11135 H 30000

İsrail ordusunda yüksək rütbəli zabitlər üçün “iPhone” istifadəsi məcburi olub

İsrail ordusunda yüksək rütbəli zabitlər üçün “iPhone” istifadəsi məcburi olub

İsrail ordusu komandanlıq səviyyəsində kibertəhlükəsizliyi gücləndirmək üçün əhəmiyyətli bir addım atıb.

NTV xəbər verir ki, Ordunun Radiosu və “Jerusalem Post” qəzetinin verdiyi məlumata görə, ordu içində ünsiyyətdə Android telefonların istifadəsi qadağan edilib və polkovnik-leytenant və daha yuxarı rütbəli zabitlər üçün “iPhone” telefonların məcburi istifadəsi ilə bağlı göstəriş verilib.

Qərarın məxfi hərbi məlumatları hədəf alan kiber təhdidlərə qarşı daha sərt təhlükəsizlik təmin etmək məqsədi daşıdığı bildirilir.

Rəsmilərin sözlərinə görə, bu addım yüksək rütbəli zabitlərin telefonlarına icazəsiz giriş riskini azaltmaq və təhlükəsizlik protokollarını standartlaşdırmaq məqsədi daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM