satellite   Azerspace-1: 11135 H 30000

“Apple” dünya bazarında rekord satış payına nail olub

“Apple” dünya bazarında rekord satış payına nail olub

“iPhone” smartfonları sayəsində ABŞ-ın “Apple” şirkəti bazarda rekord paya nail olub.

NTV xəbər verir ki, bu barədə “Counterpoint Research” agentliyinin hesabatında deyilir. Məlumata görə, oktyabr ayında “Apple” smartfonlarının satışı illik müqayisədə 12 faiz artıb. Bu göstərici şirkəti 24,2 faizlik rekord payla dünya smartfon bazarında ilk yerə yüksəldib. Analitiklər şirkətin tarixdə ilk dəfə bu həcmdə bazar payına malik olduğunu qeyd edirlər.

“Apple” bundan öncə - 2014-cü ildə “iPhone 6” və 2020-ci ildə “iPhone 12” smartfonlarının istehsalı ilə bağlı uğurlar əldə edib. Bununla belə, “iPhone 17” seriyasının uğuru daha təsirli olub.

Qeyd edək ki, “Apple” ilin əvvəlindən bəri ən sürətlə böyüyən brendlərdən biridir. Ekspertlərin fikrincə, şirkət dördüncü rübdə də smartfon satışı üzrə rekorda imza atacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM