Cənubi Koreyanın xüsusi prokuroru Seul meri O Se Hunu siyasi partiyaların maliyyələşdirilməsi haqqında qanunları pozmaqda ittiham edib.
NTV xəbər verir ki, bu barədə prokurorlar komandası bazar ertəsi məlumat yayıb.
“O Se Hun broker vasitəsilə ictimai rəy sorğusu keçirməkdə və sorğu üçün üçüncü tərəfin pul ödəməsində ittiham olunur”, - deyə “Reuters” agentliyi yazır.
Əsas müxalifət olan Xalq Hakimiyyəti Partiyasının (XHP) sözçüsü Se Hun brokerlə bağlı ittihamları rədd edərək, istintaqın siyasi motivli olduğunu iddia edib.
“Bu, əsassız, uydurma bir ittihamdır və heç bir etibarlı dəlillə dəstəklənmir. Bu ittiham bəraət qazanmağa məhkumdur”, - deyə O. S. Hun açıqlamasında deyib.
2024-cü il dekabrın 3-də hərbi vəziyyət elan edildikdən sonra devrilmiş prezident Yun Sok Yöl və həyat yoldaşı Kim Gon Hiyə qarşı bir sıra cinayət işinin araşdırılması başlanılıb. Xüsusi prokuror təsir ticarəti ilə bağlı qalmaqalı araşdırır, bu çərçivədə cütlük vasitəçidən istifadə etməklə seçkilərə müdaxilə etməkdə ittiham olunur.
2006-2011-ci illərdə, eləcə də 2021-ci ildən bu günə qədər Seul meri vəzifəsində çalışan O Se Hun Cənubi Koreya mühafizəkarları arasında prezidentliyə potensial namizəd hesab olunur.
