satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Nazirlər Kabineti Qara dənizdə naviqasiya təhlükəsizliyi məsələsini müzakirə edəcək

Türkiyə Nazirlər Kabineti Qara dənizdə naviqasiya təhlükəsizliyi məsələsini müzakirə edəcək

Rusiya ilə Ukrayna arasında davam edən müharibə fonunda Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi mövzusu Türkiyə hökumətinin bugünkü iclasının gündəliyində əsas məsələlərdən biri olacaq.

NTV xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin üzvləri ötən həftə Türkiyənin müstəsna iqtisadi zonasında Rusiyaya məxsus Kairos və Virat gəmilərində baş verən partlayışların nəticələrini nəzərdən keçirəcəklər.

Bundan əlavə, terrorizmə qarşı mübarizədə səylərin, Suriyada və ümumilikdə Yaxın Şərqdəki proseslərin də müzakirə olunacağı planlaşdırılır.

Ölkədə iqtisadi vəziyyət, xüsusən də əsassız qiymət artımlarının qarşısının alınmasına dair tədbirlər gündəliyin ayrıca maddəsidir.

Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Qara dənizdə tankerlərdə baş verən partlayışlarla bağlı narahatlığını bildirib, baş verənlər gəmiçilik və ətraf mühit üçün ciddi risk, eləcə də insan həyatı üçün təhdid adlandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM