Rusiyadan Gürcüstana günəbaxan yağı yükü daşıyan "MIDVOLGA-2" tankeri Türkiyə sahillərindən 80 mil məsafədə PUA hücumuna məruz qalıb.
NTV Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Rosmorreçflot" məlumat yayıb.
"Nəticədə gəminin üst hissələrinə kiçik ziyan dəyib, su sızması baş verməyib. Xəsarət alan yoxdur", - qurumdan bildirilib.
Gəmi və onun sahibi ilə əlaqə qurulub.
"Gəmi sərbəst şəkildə Sinop limanına doğru hərəkət edir", - məlumatda qeyd olunub.
