satellite   Azerspace-1: 11135 H 30000

Şri-Lankada "Ditva" siklonu nəticəsində ölənlərin sayı 479-a çatıb

Şri-Lankada "Ditva" siklonu nəticəsində ölənlərin sayı 479-a çatıb

Şri-Lankada "Ditva" qasırğası nəticəsində həlak olanların sayı 479 nəfərə çatıb.

NTV xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin məlumatında bildirilib.

Məlumata əsasən, torpaq sürüşmələri, daşqınlar və qasırğanın digər fəsadları nəticəsində ölənlərin sayı 479 nəfərə yüksəlib, daha 350 nəfər isə itkin düşmüş hesab olunur. Ümumilikdə təbii fəlakətdən 1,6 milyon nəfərdən çox insan zərər çəkib.

Bundan əvvəl 465 nəfərin həlak olduğu bildirilirdi.

Xidmətlər axtarış-xilasetmə işlərini davam etdirir və zərərçəkmiş sakinlərə yardım göstərirlər. Ölkədə ümumilikdə 1 347 müvəqqəti yerləşdirmə mərkəzi açılıb, burada 188 mindən çox insan sığınacaq tapıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM