satellite   Azerspace-1: 11135 H 30000

Çin Qəzzaya 100 milyon dollar ayıracaq

Çin Qəzzaya 100 milyon dollar ayıracaq

Çin Qəzzaya humanitar böhranın aradan qaldırılması və regionun bərpası üçün 100 mln. dollar ayıracaq.

NTV AP-yə istinadən xəbər verib ki, bu barədə Çinin Sədri Si Cinpin Fransa Prezidenti Emmanuel Makronla danışıqlar zamanı bildirib.

Qeyd edək ki, E.Makron hal hazırda Çində üçgünlük dövlət səfərindədir.

Si Cinpin bildirib ki, Pekin və Paris aerokosmik texnika, nüvə energetikası, həmçinin yaşıl sənaye və süni intellekt kimi yeni sahələrdə əməkdaşlıq barədə razılaşıblar.

Öz növbəsində, Fransa Prezidenti Çinin Ukraynada atəşkəsin dayandırılması məsələsində Rusiyaya təzyiq göstərəcəyinə ümidvar olduğunu bildirib. E.Makron vurğulayıbdı ki, dünya bu gün planetdə onilliklər boyu sabitliyi təmin edən beynəlxalq nizamın dağılması riski ilə üzləşir. Bununla əlaqədar olaraq, onun sözlərinə görə, Çin və Fransa arasında dialoq xüsusi əhəmiyyət kəsb edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM