satellite   Azerspace-1: 11135 H 30000

Almaniya hökuməti BMT-nin Açıq dənizlərin mühafizəsi sazişinə qoşulur

Almaniya hökuməti BMT-nin Açıq dənizlərin mühafizəsi sazişinə qoşulur

Almaniya hökuməti BMT-nin Açıq dənizlərin mühafizəsi sazişinə qoşulmasını və onun həyata keçirilməsini nəzərdə tutan iki qanun layihəsini qəbul edib.

NTV xəbər verir ki, bu barədə Ətraf Mühit Nazirliyinin məlumatında bildirilib.

Qeyd edək ki, 2022-ci ildə Monrealda keçirilən BMT Bioloji Müxtəliflik Konfransında (COP15) dünya dövlətləri 2030-cu ilədək planetin quru və dəniz ərazilərinin ən azı 30 faizinin mühafizə altına alınması öhdəliyini götürüb. 2023-cü ildə qəbul edilən bu sazişlə ilk dəfə olaraq dünya miqyasında açıq dənizlərdə mühafizə ərazilərinin yaradılması mümkün olacaq. Sənəd bütün dövlətlər üçün vahid ekoloji qaydalar müəyyən edir. Saziş indiyədək 145 ölkə, ö cümlədən Avropa İttifaqının bütün üzv dövlətləri tərəfindən imzalanıb. Artıq 75 dövlət və Avropa İttifaqı sənədi ratifikasiya edib. Yeni saziş çərçivəsində ilk Tərəf Dövlətlər Konfransının tarixi barədə müzakirələr aparılır.

Sazişi bütün istiqamətlərdə həyata keçirəcək Almaniya dənizlərin mühafizəsi üzrə beynəlxalq əməkdaşlıqda aparıcı ölkələrdən biridir. Federal hökumət “Living High Seas” layihəsi çərçivəsində beş tərəfdaş ölkə ilə birlikdə artıq açıq dənizlərdə ilk potensial dəniz mühafizə əraziləri üzrə təkliflər üzərində işləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM