satellite   Azerspace-1: 11135 H 30000

Üç yaşlı şahmatçı FIDE-nin tarixinə düşüb

Üç yaşlı şahmatçı FIDE-nin tarixinə düşüb

Üç yaşlı hindistanlı Sarvaqya Sinqx Kuşvaxa Beynəlxalq Şahmat Federasiyasının (FIDE) ən gənc üzvü olub.

NTV-nin "ETV Bharat"a istinadən məlumatına görə, o, 3 yaş 7 ay 20 günlüyündə FIDE üzvlüyünə qəbul edilib.

Sarvaqya Sinqx Kuşvaxa bununla da həmyerlisi Aniş Sarkarın rekordunu qırıb. A.Sarkar 3 yaş 8 ay 19 günlüyündə ən gənc şahmatçı ünvanına yiyələnib.

Qeyd edək ki, Hindistanın Madhya-Pradeş ştatının sakini olan Sarvaqya Sinqx Kuşvaxa (1572) ölkəsində keçirilən bir sıra şahmat turnirlərində uğurla çıxış edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM