satellite   Azerspace-1: 11135 H 30000

“Air Astana” təyyarəsi qəza siqnalı verərək Almatıda təcili eniş edib

“Air Astana” təyyarəsi qəza siqnalı verərək Almatıda təcili eniş edib

“Air Astana” aviaşirkətinə məxsus təyyarə ilə bağlı insident dekabrın 17-si səhər saatlarında Almatı–Astana marşrutu üzrə həyata keçirilən KC-851 saylı müntəzəm reys zamanı baş verib.

NTV Qazaxıstan Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsinə istinadla xəbər verir ki, “Air Astana” tərəfindən istismar olunan “Airbus A321N EI-KDG” tipli hava gəmisinin ekipajı salon daxilində tüstülənmə aşkar edildiyinə görə MAYDAY qəza siqnalı elan edib.

Qəza siqnalı Astana vaxtı ilə saat 07:38-də verilib. Təyyarə saat 07:40-da Almatı hava limanına təhlükəsiz şəkildə eniş edib.

İlkin məlumatlara əsasən, sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan yoxdur. Təhlükəsizliyin təmin edilməsi məqsədilə enişdən sonra Almatı hava limanının yanğınsöndürmə və qəza-xilasetmə xidmətləri cəlb olunub.

Hazırda Nəqliyyatda Hadisə və İnsidentlərin Araşdırılması Departamentinin əməkdaşları tərəfindən hadisənin başvermə şəraiti daha ətraflı şəkildə araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM