satellite   Azerspace-1: 11135 H 30000

Bir sıra ölkələrin Baş Qərargah rəisləri Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə edib

Bir sıra ölkələrin Baş Qərargah rəisləri Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə edib

 

Bir sıra ölkələrin Baş Qərargah rəisləri Ukrayna üçün təhlükəsizlik zəmanətlərini və onların həyata keçirilməsi mexanizmlərini müzakirə ediblər.

NTV xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fabyen Mandon "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, görüşdə Böyük Britaniya, Ukrayna və ABŞ-nin Baş Qərargah rəisləri iştirak ediblər:

"Ukrayna üçün təhlükəsizlik zəmanətləri və onların həyata keçirilməsi mexanizmləri videokonfrans formatında müzakirələrimizin əsas mövzusu olub".

F.Mandon qeyd edib ki, ABŞ ilə əməkdaşlıq çərçivəsində artıq bir neçə aydır aparılan hərbi iş qitədə davamlı sülhün bərqərar edilməsinə yönəlmiş siyasi səyləri dəstəkləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM