satellite   Azerspace-1: 11135 H 30000

Media: Avropa İttifaqı Donald Trampla birbaşa qarşıdurmaya hazırlaşır

Media: Avropa İttifaqı Donald Trampla birbaşa qarşıdurmaya hazırlaşır

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirmək istəyi ilə bağlı ritorikasının sərtləşdiyi səbəbindən Avropa İttifaqı Ağ Ev rəhbəri ilə birbaşa qarşıdurmaya hazırlaşır.

NTV xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Adının açıqlanmasını istəməyən mənbə qeyd edib ki, Avropa dövlətləri əvvəllər Donald Trampın təhdidlərinin ciddiliyini anlamasalar da, indi bunun fərqindədirlər və onu dayandırmaq üçün plan axtarışındadırlar.

Qeyd edək ki, Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşməli olduğunu bildirib. O, 2025-ci ilin may ayında “NBC News” telekanalına müsahibəsində Qrenlandiya məsələsinin həlli üçün güc tətbiqini istisna etməyib. Cari il yanvarın 6-da isə Ağ Ev yazılı açıqlamasında Qrenlandiya ilə bağlı planları şərh edərkən hərbi güc tətbiqinin həmişə Baş Komandanın ixtiyarında olduğunu vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM