satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - YENİLƏNİB - FOTOLAR

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan-Kamboca sənədləri mübadilə olunub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan-Kamboca sənədləri mübadilə olunub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan-Kamboca sənədləri mübadilə olunub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan-Kamboca sənədləri mübadilə olunub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan-Kamboca sənədləri mübadilə olunub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub.

NTV xəbər verir ki, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu ADA Universitetinin rektoru Hafiz Paşayev və Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutunun prezidenti Fann Makara mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın, habelə vergi üstünlüklərindən sui-istifadənin qarşısının alınması haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın ticarət naziri xanım Çam Nimul mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi”ni Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın ticarət naziri xanım Çam Nimul mübadilə etdilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:21 12.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM