satellite   Azerspace-1: 11135 H 30000

Diabetə uğurlu nəzarətin gözlənilməz amili müəyyən edilib

Diabetə uğurlu nəzarətin gözlənilməz amili müəyyən edilib

Koreya Universitetinin Tibb Kollecinin tədqiqatçıları sabit bioloji ritmlərin qanda qlükoza səviyyəsinin normal həddə saxlanması ilə əlaqəli olduğunu müəyyən ediblər.

NTV xəbər verir ki, tədqiqatın nəticələri "Metabolism" jurnalında dərc olunub.

Araşdırmada insulin qəbul edən II tip diabetli 122 xəstə iştirak edib. On gün ərzində onlar qlükoza səviyyəsini fasiləsiz ölçən cihazlar və fiziki aktivliyi izləyən fitnes trekerləri taxıblar. Alimlər iştirakçıların yuxu müddətini, fiziki aktivliyini, ürək döyüntülərinin tezliyini və sutkalıq bioloji ritmlərinin müntəzəmliyini izləyiblər.

Məlum olub ki, bioloji ritmləri ən sabit olan xəstələrin 46,3 faizi qanda şəkərin hədəf göstəricilərinə nail olub. Rejimi qeyri-müntəzəm olan iştirakçılar arasında isə bu göstərici cəmi 20 faiz təşkil edib. Fiziki aktivliklə qlükoza səviyyəsinə nəzarət arasındakı ən güclü əlaqə saat 12:00-dan 18:00-dək müşahidə olunub.

Həmin saatlarda daha çox hərəkət edən xəstələr qanda şəkərin səviyyəsini daha uzun müddət hədəf diapazonda saxlayıb və qlükoza göstəricilərində daha az dəyişkənliklə üzləşiblər. Kifayət qədər yatmaq da qanda şəkərin daha sabit olması və hipoqlikemiya - şəkərin normadan aşağı düşməsi riskinin azalması ilə əlaqələndirilib.

Tədqiqatın müəllifləri hesab edirlər ki, müntəzəm yuxu rejiminə riayət etmək və fiziki aktivliyi qorumaq diabetin ənənəvi müalicə üsullarına mühüm əlavə ola bilər. Bununla belə, gündəlik rejimin tənzimlənməsi həkimin təyin etdiyi müalicəni əvəz etmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:21 12.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM