satellite   Azerspace-1: 11135 H 30000

Hörmüz boğazında neft tankeri minaya düşüb

Hörmüz boğazında neft tankeri minaya düşüb

Hörmüz boğazında 750 min barel neft daşıyan tanker dəniz minasına düşüb, nəticədə gəmidə yanğın baş verib.

NTV xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.

“Tasnim” agentliyinin yaydığı açıqlamada bildirilir ki, tanker SEPAH-ın xəbərdarlıqlarına məhəl qoymayaraq icazəsiz marşrutla hərəkət etməyə cəhd göstərərkən minaya düşüb.

Məlumata görə, bu, oktyabrın 11-də Hörmüz boğazında minaya düşən üçüncü tankerdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM