Misli Premyer Liqasında VII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.
NTV xəbər verir ki, günün ilk matçında "Qarabağ" Yevlax şəhər stadionunda "İmişli"nin qonağı olacaq.
Qarşılaşma saat 16:00-da start götürəcək.
Ardınca isə Premyer Liqanın debütantı "Şəfa" "Turan Tovuz"la üz-üzə gələcək. "SOCAR Polymer Arena"da baş tutacaq görüş saat 18:30-da başlayacaq.
Misli Premyer Liqası
I dövrə, VII tur
11 oktyabr
16:00. "İmişli" – "Qarabağ"
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev.
VAR: Vüqar Həsənli.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu
18:30. "Şəfa" – "Turan Tovuz"
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Murad Səlimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
"SOCAR Polymer Arena"
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0), "Sumqayıt" "Qəbələ"ni (4:1) məğlub edib. "Neftçi" - "Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. "Zirə" - "Şamaxı" duelində isə tərəflər hərəyə bir dəfə fərqləniblər.
