ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff və onun kürəkəni Cared Kuşner Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Kiyev və Avropanın mövqeyini dəqiqləşdirmək üçün Moskvaya planlaşdırılan səfərlərini təxirə salıblar.
NTV xəbər verir ki, bu barədə “Axios” nəşri məlumatlı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, amerikalı nümayəndələr Ukrayna və Avropa ölkələrinin Rusiya tərəfinə təqdim ediləcək yeni birgə təkliflə bağlı razılığa gəlib-gəlmədiyini müəyyənləşdirmək istəyirlər.
Qeyd edək ki, oktyabrın 9-da ABŞ, Ukrayna, bir sıra Avropa ölkələri, Avropa Komissiyası və NATO nümayəndələrinin iştirakı ilə Mayamidə danışıqlar keçirilib.
