satellite   Azerspace-1: 11135 H 30000

Avropa və ABŞ-da təbii qaz istehlakı artıb

Avropa və ABŞ-da təbii qaz istehlakı artıb

Ötən ilin dekabr ayında Avropa İttifaqında təbii qaz istehlakı illik müqayisədə 0,3% artaraq 40 mlrd. kubmetrə çatıb.

Bu barədə NTV Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.

Məlumata görə, artım əsasən yaşayış sektorunda istilik məqsədli tələbatın yüksəlməsi, eləcə də ötən ilin eyni dövrü ilə müqayisədə daha aşağı orta temperatur fonunda qazla işləyən elektrik stansiyalarında istehsalın artması ilə bağlı olub.

Bildirilir ki, eyni dövrdə ABŞ-da təbii qaz istehlakı illik müqayisədə 6,8% artaraq 99,5 mlrd. kubmetr səviyyəsinə çatıb.

“Buna yaşayış və kommersiya sektorlarında tələbatın artması səbəb olub. Temperaturun orta göstəricilərdən aşağı olması, xüsusilə ölkənin şimal regionlarında məkanların qızdırılmasına olan ehtiyacı gücləndirib”, - məlumatda qeyd olunur.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Qeyd edək ki, indiyədək TAP vasitəsilə Avropaya 54 mlrd. Kubmetrdən artıq qaz nəql olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM