satellite   Azerspace-1: 11135 H 30000

Bir ildə Qırğızıstana 21 milyona yaxın xarici vətəndaş səfər edib

Bir ildə Qırğızıstana 21 milyona yaxın xarici vətəndaş səfər edib

2025-ci ildə Qırğızıstana 21 milyona yaxın xarici vətəndaş səfər edib.

NTV Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, bu artım Qırğızıstana turizm, səyahət və biznes üçün bir məkan kimi marağın kəskin şəkildə artdığını göstərir.

Məlumata görə, il ərzində etibarsız sənədlərlə ölkəyə daxil olmağa cəhd edən 28 min 593 nəfər müəyyən edilib. Onlardan 28 min 6 nəfərin Qırğızıstana girişinə icazə verilməyib. Eyni zamanda, yaşayış qaydalarını pozduqlarına görə 2 min 31 xarici vətəndaş ölkədən deportasiya olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM