satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada şaxtalı hava silsilə qəzalara səbəb olub, ölənlər və yaralananlar var

Almaniyada şaxtalı hava silsilə qəzalara səbəb olub, ölənlər və yaralananlar var

Almaniyada son bir neçə gündür hökm sürən şaxtalı hava ilə əlaqədar yolların buz bağlaması nəticəsində ağır yol-nəqliyyat hadisələri baş verib.

NTV yerli mediaya istinadla xəbər verir ki, Şimali Reyn-Festfaliya əyalətinin Paderborn şəhəri yaxınlığında qeydə alınan silsilə qəzalar nəticəsində ölənlər və yaralananlar var. Təkcə ötən gecə baş verən 18 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, azı 11-i xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Qəzalar nəticəsində magistralın bağlanması nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb.

Hava şəraiti əyalətin bir sıra şəhərlərində də ciddi çətinliklərə səbəb olub. Bəzi yerlərdə məktəblərdə tətil elan edilib. Bir sıra yollarda uzun tıxaclar yaranıb.

Meteoroloqlar həftəsonu Bremen, Aşağı Saksoniya və Bavariya əyalətlərinin bəzi hissələrində yolların buz bağlayacağı və qar yağacağı barədə xəbərdarlıq ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM