satellite   Azerspace-1: 11135 H 30000

Nigeriyada silahlı hücum nəticəsində yeddi nəfər öldürülüb

Nigeriyada silahlı hücum nəticəsində yeddi nəfər öldürülüb

Nigeriyanın Plato ştatında dağ-mədən müəssisəsində çərşənbə günü gecə yeddi nəfər güllələnib.

NTV "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə cümə günü yerli Beroma Gənc İnşaatçılar Assosiasiyası məlumat yayıb.

Məlumata görə, qurbanlar 15-28 yaş aralığında olub, onların hamısı çərşənbə günü gecə Beroma icmalarına koordinasiya edilmiş silsilə hücumlar zamanı qətlə yetirilib.

"Hərbçilər hadisə yerində yeddi meyit və giliz aşkar ediblər. Qurbanlar gecə faydalı qazıntıların hasilatının qadağan edilməsinə baxmayaraq, burada işləyən mədənçilərdir", - yerli hakimiyyət orqanının nümayəndəsi bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM