satellite   Azerspace-1: 11135 H 30000

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölən və xəsarət alanlar var

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölən və xəsarət alanlar var

Kiyevə hava hücumu zamanı Solomenski rayonunda ofis binasına ziyan dəyib. Dneprovsk rayonunda isə qarajlar yanıb.

NTV xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko "Teleqram" səhifəsində bildirib.

Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko isə "Teleqram" səhifəsində bildirib ki, hava hücumu zamanı bir nəfər həlak olub.

Təcili yardım xidmətləri hadisə yerlərində göndərilib. Qolosevski rayonunda iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

04:01

Rusiya ordusu gecə saatlarından başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhərinə kütləvi hava hücumuna başlayıb.

NTV-nin verdiyi məlumata görə, gecə saatlarından Kiyevdə partlayış səsləri eşidilir, hava hücumundan müdafiə sistemləri aktiv işə düşüb. Hava zərbələri zamanı dron və raketlərdən istifadə edilir.

Kiyev şəhər Hərbi Administrasiyası hava hücumlarının əsas hədəfinin enerji və kritik infrastrukturlar olduğunu açıqlayıb.

Qeyd edək ki, yanvarın əvvəlindən Kiyev şəhəri və vilayətinin enerji infrastrukturlarına endirilən silsiləvi hava zərbələri nəticəsində Ukrayna paytaxtının enerji təminatında fövqəladə vəziyyət yaranıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM