satellite   Azerspace-1: 11135 H 30000

Fransada siyahıyaalma zamanı verilən sual mübahisə doğurub

Fransada siyahıyaalma zamanı verilən sual mübahisə doğurub

Fransada yanvarın 15-də başlayan illik siyahıyaalma martın 7-dək davam edəcək. Əhalinin dəqiq sayını müəyyən etmək üçün əhali otuz sualdan ibarət sorğu vərəqini doldurmalıdır. Sorğu vərəqəsində yer alan valideynlərin doğulduğu yerlə bağlı sual ciddi mübahisələr doğurub.

NTV xəbər verir ki, 30 sualdan ibarət sorğu vərəqində yaş, ailə vəziyyəti və peşə fəaliyyəti kimi adi suallarla yanaşı, valideynlərin doğulduğu yerə aid sual da yer alır. 2025-ci ildə əlavə edilən bu suala ötən il siyahıya alınanların yalnız səkkizdə biri cavab verib.

Sual İnsan Hüquqları Liqasının (LDH) kəskin etirazına səbəb olub. Təşkilat vətəndaşları bu suala cavab verməməyə çağırır.

Mübahisələrə münasibət bildirən Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (İNSEE) isə sualı müdafiə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM