satellite   Azerspace-1: 11135 H 30000

ABŞ İrana casusluqda şübhəli bilinənlərin Boliviyadan çıxarılmasını tələb edir

ABŞ İrana casusluqda şübhəli bilinənlərin Boliviyadan çıxarılmasını tələb edir

ABŞ Boliviya hakimiyyətinə İranın xeyrinə casusluqda şübhəli bilinən şəxslərin ölkədən çıxarılması, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınması tələbi ilə təzyiq göstərir.

NTV xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton, həmçinin La Pasdakı hökumətin Livan qruplaşması "Hizbullah" və Fələstin təşkilatı "Hamas"ı terrorçu kimi tanımasında israr edir. ABŞ hər iki qurumun Tehranın nəzarətində olduğunu hesab edir.

Boliviya Xarici İşlər Nazirliyi vəziyyətlə bağlı şərh verərkən bildirib ki, bu məsələ barədə hələ yekun mövqe formalaşmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM