satellite   Azerspace-1: 11135 H 30000

Liviya ilə Türkiyə arasında enerji sahəsində Anlaşma Protokolu imzalanıb

Liviya ilə Türkiyə arasında enerji sahəsində Anlaşma Protokolu imzalanıb

Türkiyə ilə Liviya arasında 17 illik fasilədən sonra Tripolidə keçirilən İqtisadi Komissiyanın iclasında Anlaşma Protokolu imzalanıb.

NTV xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" hesabında yazıb.

"Enerji sahəsində iki ölkənin dövlət şirkətləri arasında neft və neft məhsullarının ticarəti mövzusunda davam edən uğurlu fəaliyyətlərin artırılmasında və çeşidləndirilməsində razılığa gəldik" , - A.Bayraktar qeyd edib.

Onun sözlərinə görə, Liviyanın quru və dəniz ərazilərində həyata keçirilməsi planlaşdırılan əməkdaşlığa dair ortaq mövqe təsdiqlənib. Bundan əlavə, bərpa olunan enerji və mədənçilik sahələrində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi də razılaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM