satellite   Azerspace-1: 11135 H 30000

Tramp: ABŞ Venesuelada gizli silah tətbiq edib

Tramp: ABŞ Venesuelada gizli silah tətbiq edib

ABŞ hərbçiləri Venesuelada əməliyyat zamanı gizli silah tətbiq edib.

NTV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "New York Post" qəzetinə müsahibəsində bildirib.

Ağ Ev rəhbəri bu silah haqqında danışmağa icazənin olmadığını deyib və onu "the discombobulator" (çaşdırıcı) adlandırıb. "Onlar raketləri havaya qaldıra bilmədilər. Rusiya və Çin raketləri var idi, amma havaya qalxmadı. Biz daxil olduq, onlar düymələri basdılar, amma heç nə işləmədi", - nəşr Trampdan sitat gətirib.

Daha əvvəl Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Tramp iddia edib ki, Amerika qüvvələri Venesuelada əməliyyat zamanı əvvəllər heç kimin eşitmədiyi silahları tətbiq ediblər.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM