satellite   Azerspace-1: 11135 H 30000

“Politico”: ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərini Avropa zəmanətlərindən daha vacib hesab edir

“Politico”: ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərini Avropa zəmanətlərindən daha vacib hesab edir

ABŞ hesab edir ki, Ukrayna üçün Vaşinqton tərəfindən verilə biləcək təhlükəsizlik zəmanətləri Avropadan olan “Könüllülər koalisiyası”nın səylərindən daha əhəmiyyətlidir.

NTV xəbər verir ki, bu barədə “Politico” nəşri Tramp administrasiyasında adı açıqlanmayan məmurun qiymətləndirməsinə istinadla məlumat yayıb.

Qəzet Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə keçirilən üçtərəfli məsləhətləşmələrdən sonra mənbənin sözlərini sitat gətirərək yazır: “Könüllülər koalisiyası”nın səyləri müsbətdir. Onların bir neçə helikopteri, bir neçə əsgəri və müəyyən zəmanətləri var. Lakin ukraynalılarla danışsanız, əslində həlledici olanın Amerika təhlükəsizlik zəmanətləri olduğunu görərsiniz”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM