satellite   Azerspace-1: 11135 H 30000

Fransa hökumətində dəyişikliklər gözlənilir

Fransa hökumətində dəyişikliklər gözlənilir

Fransanın Baş naziri Sebastyan Lökornü ölkə büdcəsi təsdiqləndikdən sonra hökumətin tərkibində dəyişikliklər aparmağı planlaşdırır.

NTV xəbər verir ki, bu barədə “La Tribune Dimanche” qəzeti məlumat yayıb.

Məlumata görə, Baş nazir büdcə məsələsi həll edildikdən sonra, əgər hər şey plan üzrə gedərsə, prezidentə hökumətin yenidən formalaşdırılması ilə bağlı təklif irəli sürməyi düşünür.

Nəşrin qeyd etdiyi kimi, Fransanın dövlət büdcəsinin fevralın ortalarına qədər yekun şəkildə təsdiqlənməsi gözlənilir.

Xatırladaq ki, bundan əvvəl Fransa parlamenti Baş nazir Sebastyan Lökornünün hökumətinə qarşı irəli sürülmüş ikinci etimadsızlıq təşəbbüsünü rədd edib. Bu, kabineti istefaya göndərmək məqsədilə edilən altıncı cəhd olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM