satellite   Azerspace-1: 11135 H 30000

Almatıda alpinist 3630 metr yüksəklikdən təxliyə edilib

Almatıda alpinist 3630 metr yüksəklikdən təxliyə edilib

Almatıda Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri dəniz səviyyəsindən 3630 metr yüksəklikdə yerləşən Mınjılkı zirvəsindən 59 yaşlı alpinisti təxliyə ediblər.

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, 23-cü universal xilasetmə bölməsinə alpinizm üzrə təlimatçıdan daxil olan məlumatda qrup iştirakçılarından birinin ayağından xəsarət aldığı və yüksək dağlıq şəraitdə sərbəst hərəkət edə bilmədiyi bildirilib.

Hadisə yerinə operativ şəkildə təxirəsalınmaz yardım göstərilməsi üçün xilasedicilərin növbətçi heyəti, həmçinin Fəlakətlər üzrə Tibb Mərkəzinin reanimasiya avadanlığı ilə təchiz olunmuş xüsusi təcili tibbi yardım avtomobili göndərilib. Xilasedicilər qısa müddətdə Mınjılkı zirvəsi ərazisinə çataraq, zərərçəkənə ilkin tibbi yardım göstəriblər və onun təhlükəsiz təxliyəsini təşkil ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM