satellite   Azerspace-1: 11135 H 30000

"UTair" aviaşirkətinin Moskva–Gəncə reysi ehtiyat hava limanına yönləndirilib

"UTair" aviaşirkətinin Moskva–Gəncə reysi ehtiyat hava limanına yönləndirilib

Rusiyanın "UTair" aviaşirkətinə məxsus Moskva–Gəncə istiqamətində həyata keçirilən UTA-743 saylı reys, təyinat məntəqəsində müşahidə olunan əlverişsiz hava şəraiti – duman səbəbindən hava gəmisinin kapitanının qərarı ilə ehtiyat hava limanı olaraq Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirilib.

Bu barədə NTV-yə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirlib ki, "Boeing 737" tipli hava gəmisi yerli vaxtla saat 11:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz eniş edib. Sərnişinlərin və uçuşun təhlükəsizliyi prioritet olaraq təmin olunub. Uçuşun davamı ilə bağlı qərar hava şəraitindən asılı olaraq "UTair" aviaşirkəti tərəfindən veriləcək.

Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən bütün zəruri əməliyyat prosedurları operativ şəkildə icra olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM