satellite   Azerspace-1: 11135 H 30000

Belarusda qoşunların döyüş hazırlığının yoxlanılması aparılır

Belarusda qoşunların döyüş hazırlığının yoxlanılması aparılır

Belarus Silahlı Qüvvələri hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlamağa başlayıb.

NTV xəbər verir ki, bu barədə müdafiə naziri Viktor Xrenin məlumat verib.

“Bu gün biz Silahlı Qüvvələrin hərbi hissə və birləşmələrinin döyüş hazırlığının yoxlanılmasına başlayırıq. Bu yoxlama həm şəxsi heyətin, həm də yerləşdirilən hərbi hissə və birləşmələrin sayının tədricən artırılması ilə əhatəli olacaq. Aparılan yoxlamanın fərqli bir xüsusiyyəti ondan ibarətdir ki, bu, yoxlanılan hərbi hissə və birləşmələrdə Silahlı Qüvvələr üçün ehtiyat hərbi qulluqçularının hazırlanması çərçivəsində planlaşdırılan tədbir olsa da, gözlənilməz yoxlama şəklində planlaşdırılmayan tədbir olacaq”, -deyə nazirliyin mətbuat xidməti onun sözlərini sitat gətirib.

Nazir qeyd etdiyi kimi, bu fəaliyyətlərin əsas məqsədi şəxsi heyətin təyin olunmuş bütün tapşırıqları yerinə yetirməsi üçün onun hazırlığını və qabiliyyətini qiymətləndirməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM