satellite   Azerspace-1: 11135 H 30000

İnterpolun keçirdiyi əməliyyatlarda 3700 nəfər saxlanılıb

İnterpolun keçirdiyi əməliyyatlarda 3700 nəfər saxlanılıb

İnterpol 10-21 noyabr 2025-ci ildə keçirdiyi əməliyyatlarla bağlı məlumat yayıb.

NTV xəbər verir ki, Baş ofisi Fransanın Lyon şəhərində yerləşən təşkilatın hazırladığı “Liberterra III” əməliyyatı 119 ölkədə eyni vaxtda icra olunub. Əməliyyatda hüquq-mühafizə orqanlarının 14 mindən çox əməkdaşı iştirak edib.

Əməliyyatlar zamanı axtarışda olan 3700 nəfər saxlanılıb, 4700 nəfər zərərçəkən mühafizə altına alınıb, 13 min nəfərədək qanunsuz miqrant aşkar edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM