satellite   Azerspace-1: 11135 H 30000

Avropanın qaz anbarlarında mavi yanacağın həcmi azalmaqdadır

Avropanın qaz anbarlarında mavi yanacağın həcmi azalmaqdadır

Avropanın qaz anbarlarında mavi yanacaq ehtiyatları 45 faizdən aşağı enib.

NTV xəbər verir ki, “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, yanvarın 25-də Avropada anbarlardan çıxarılan qazın həcmi təxminən 692 milyon kubmetr təşkil edib. Hazırda qitənin ümumilikdə 50 milyard kubmetrdən az yanacaq ehtiyatı qalıb.

Bu həftə Avropada temperaturun qeyri-sabit olacağı gözlənilir ki, bu da yanacaq sərfiyyatının daha da artacağı ilə müşayiət olunacaq.

Ötən ilin dekabr ayında Avropanın elektrik enerjisi istehsalında külək elektrik stansiyalarının payı orta hesabla 20 faiz təşkil edib, cari ilin yanvarında isə bu göstərici hələlik 19 faizdir.

Yanvar ayında Avropada qazın orta qiyməti min kubmetr üçün 398 dollar olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM