satellite   Azerspace-1: 11135 H 30000

Avropa Komissiyası: Aİ-nin Hindistana ixracı 2032-ci ilədək iki dəfə artacaq

Avropa Komissiyası: Aİ-nin Hindistana ixracı 2032-ci ilədək iki dəfə artacaq

Avropa İttifaqının (Aİ) Hindistana ixracı tərəflər arasında bağlanmış yeni ticarət sazişi çərçivəsində malların 96,6 %-nə tətbiq olunan tariflərin ləğvi və ya azaldılması sayəsində 2032-ci ilə qədər iki dəfə artacaq.

NTV-nin məlumatına görə, tariflərin azaldılması gömrük rüsumlarında illik təxminən 4 milyard avroya qənaət etməyə imkan verəcək.

Hazırda tərəflər arasında ticarətin illik dəyəri 180 milyard avrodan çoxdur və Aİ ölkələrində 800 minə yaxın iş yerini dəstəkləyir. "Saziş Aİ-nin əsas sənaye və aqrar-qida sektorlarına əhəmiyyətli rəqabət üstünlüyü verəcək, şirkətlərin dünyanın ən çox əhalisi olan (1,45 milyard nəfər) və illik ÜDM-i 3,4 trilyon avro olan ən sürətlə böyüyən iri iqtisadiyyata imtiyazlı çıxışını təmin edəcək", - bəyanatda deyilir.

Saziş Aİ-yə Hindistan bazarında əhəmiyyətli üstünlüklər təqdim edir. Xüsusilə, avtomobillərə tətbiq edilən tariflər mərhələli şəkildə 110 %-dən 10 %-ə qədər azaldılacaq, avtomobil komponentlərinin rüsumları isə 5-10 il ərzində tamamilə ləğv ediləcək. Bundan başqa, maşınqayırma (44 %), kimyəvi (22 %) və əczaçılıq məhsullarına (11 %) tətbiq edilən rüsumlar da ləğv ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM