satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan və İsrail vizasız rejim haqqında memorandum imzalayıb

Qazaxıstan və İsrail vizasız rejim haqqında memorandum imzalayıb

Qazaxıstanın və İsrailin xarici işlər nazirləri Yermek Koşerbayev və Gideon Saar Astanada aparılan danışıqların yekunu üzrə bir sıra ikitərəfli sənədlər imzalayıblar.

NTV xəbər verir ki, bu barədə "Kazinform"un məlumatında deyilir.

İmzalanmış sənədlər arasında milli pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında sazişin bağlanmasına dair niyyət memorandumu, ictimai diplomatiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, eləcə də diplomatik kadrların hazırlanması sahəsində qarşılıqlı fəaliyyəti nəzərdə tutan sənəd yer alır.

Sazişlərin imzalanması Qazaxıstanla İsrail arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə, humanitar və diplomatik əlaqələrin genişləndirilməsinə, eləcə də iki ölkənin vətəndaşları arasında əlaqələrin sadələşdirilməsinə yönəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM