satellite   Azerspace-1: 11135 H 30000

İtaliya İrandakı diplomatik heyətinin bir hissəsini geri çağıracaq

İtaliya İrandakı diplomatik heyətinin bir hissəsini geri çağıracaq

İtaliya İrandan diplomatik heyətinin bir hissəsini geri çağırmağa qərar verib.

NTV-nin xəbərinə görə, bu barədə "Corriere della Sera" nəşri ötən gün ölkənin Xarici İşlər Nazirliyində İrandakı vəziyyətə həsr olunmuş iclasın yekunlarına əsasən məlumat yayıb.

İtaliyanın xarici işlər naziri, baş nazirin müavini Antonio Tayani ölkənin Tehrandakı səfirliyinin heyətinin əhəmiyyətli dərəcədə azaldılması barədə göstəriş verib. Qərar ABŞ rəhbərliyinin gələcək addımları ilə bağlı gözləntilər fonunda təhlükəsizlik məqsədilə qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM