satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın hücumu nəticəsində Ukraynada bir neçə vilayət işıqsız qalıb

Rusiyanın hücumu nəticəsində Ukraynada bir neçə vilayət işıqsız qalıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın enerji infrastrukturuna zərbələri nəticəsində bir neçə vilayət elektrik enerjisiz qalıb.

NTV "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin məlumatında deyilir.

"Enerji infrastrukturuna növbəti hücumlar nəticəsində Xarkov, Odessa, Dnepropetrovsk və Donetsk vilayətlərində istehlakçılar işıqsız qalıblar. Bütün regionlarda qəza-bərpa işləri davam edir", - qurumdan bildirilib.

Kiyev şəhəri və Kiyev vilayətində elektrik enerjisinə böyük tələbat qalmaqdadır.

Bundan başqa, əlverişsiz hava şəraiti səbəbindən ölkənin müxtəlif vilayətlərində 500-dən çox yaşayış məntəqəsi elektrik enerjisiz qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM