satellite   Azerspace-1: 11135 H 30000

İtaliyanın Tehrandakı səfiri Sepaha görə İran XİN-ə çağırılıb

İtaliyanın Tehrandakı səfiri Sepaha görə İran XİN-ə çağırılıb

İtaliyanın Tehrandakı səfiri Paola Amadei İran Xarici İşlər Nazirliyinə çağırılıb.

NTV xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Buna səbəb İtaliyanın xarici işlər naziri Antonio Tacaninin İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) terrorçu təşkilatlar siyahısına daxil edilməsi ilə bağlı açıqlamasıdır.

İran XİN-in Qərbi Avropa İdarəsinin rəisi Əlirza Yusifi görüş zamanı İtaliya xarici işlər nazirinin mövqeyini "məsuliyyətsiz" adlandırıb.

O, Sepahın İran Silahlı Qüvvələrinin tərkib hissəsi olduğunu deyərək quruma qarşı cəhdlərin təhlükəli nəticələr doğuracağı ilə bağlı xəbərdarlıq edib.

İran tərəfi İtaliya hökumətini Tehrana qarşı "düşünülməmiş yanaşmanı" dəyişməyə çağırıb. Rəsmi Tehran Sepahın terror təşkilatı kimi tanınması təşəbbüslərini qəbuledilməz hesab etdiyini bir daha vurğulayıb.

Xatırladaq ki, İtaliyanın xarici işlər naziri Antonio Tacani yanvarın 26-da ölkəsinin Sepahın terror təşkilatı kimi tanınması məsələsini Avropa İttifaqı səviyyəsində gündəmə gətirməyi planlaşdırdığını açıqlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM