satellite   Azerspace-1: 11135 H 30000

Yeni Zelandiyada helikopter qəzası baş verib, iki nəfər ölüb

Yeni Zelandiyada helikopter qəzası baş verib, iki nəfər ölüb

Yeni Zelandiyanın Şimal Adasının cənub-qərbində kiçik helikopter qəzaya uğrayıb, nəticədə pilot və göyərtədə olan yeganə sərnişin həlak olub.

NTV xarici mediaya istinadla xəbər verir ki, qəza Vellinqtondan təxminən 40 kilometr şimalda yerləşən, seyrək məskunlaşmış Pekakariki təpəsi ərazisində baş verib.

Məlumata görə, polis hadisə barədə helikopterin avtomatik qəza xəbərdarlıq sistemi işə düşdükdən sonra məlumat alıb. Yeddi saat davam edən axtarış-xilasetmə əməliyyatı zamanı helikopterin qalıqları, həmçinin pilot və sərnişinin cəsədləri aşkar edilib.

Hadisə ilə bağlı Mülki Aviasiya İdarəsinin müstəntiqlərinin iştirakı ilə araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM