satellite   Azerspace-1: 11135 H 30000

ABŞ İranın güc strukturlarının üç sabiq əməkdaşını deportasiya edib

ABŞ İranın güc strukturlarının üç sabiq əməkdaşını deportasiya edib

ABŞ üç İran vətəndaşını ölkədən deportasiya edib. Onlar İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq üzvləridir.

NTV xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamentinin bəyanatında deyilir.

“Ölkədən çıxarılan İshan Xalidi, Məhəmməd Mehrani və Morteza Nasirikakolaki 2019-cu ildə Prezident Donald Tramp tərəfindən terror təşkilatı elan edilmiş İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq əməkdaşlarıdır”, - deyə məlumatda bildirilir.

Onların 2024-cü ildə ABŞ-a qanunsuz yolla daxil olduğu iddia edilir.

Qeyd edək ki, dekabrın əvvəlində "The New York Times" qəzeti mənbələrinə istinadla təxminən 2 min İran vətəndaşının ABŞ-dan deportasiya olunacağını yazmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM