satellite   Azerspace-1: 11135 H 30000

Alp dağlarındakı kurortda baş verən yanğın səbəbindən 270 nəfər təxliyə edilib

Alp dağlarındakı kurortda baş verən yanğın səbəbindən 270 nəfər təxliyə edilib

Fransız Alplarında yerləşən Kurşevel dağ-xizək kurortunda baş verən yanğın səbəbindən 270 nəfər təxliyə edilib.

NTV xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.

Bildirilib ki, yanğın axşam saatlarında Kurşeveldəki beşulduzlu "Grandes Alpes" hotelinin damında baş verib. Daha sonra yanğın qonşu yaşayış binasına yayılıb.

"Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir. Hələ ki, ölən yoxdur", - prefekturanın məlumatında qeyd edilib.

Otelin özündən 83 nəfər təxliyə olunub.

Yanğının səbəbi hələ müəyyən edilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM