satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejim təklif edib

Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejim təklif edib

Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejimin təsis olunması proseduruna başlamağı təklif edib.

NTV xəbər verir ki, bu barədə Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev "Sarajevo Times" nəşrinə müsahibəsində bildirib.

"Azərbaycan əməkdaşlıq, qarşılıqlı hörmət və sülh şəraitində inkişafın tərəfdarıdır. Biz Bosniya və Herseqovinanı dost və mühüm tərəfdaş kimi görürük. Əminik ki, münasibətlərimiz hər iki ölkənin və gələcək nəsillərin rifahı naminə öz inkişafına davam edəcək. Bu kontekstdə Azərbaycan turizmin və biznesin inkişafını təşviq etməyə davam etmək niyyətindədir və bunun xalqların yaxınlaşmasına, vətəndaşlar üçün faydalı nəticələr yaradacağına inanır. Azərbaycanın Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejimin tətbiqi prosedurunu başlatmağı təklifi səyahət, turizm və sosial mübadilələri əhəmiyyətli dərəcədə asanlaşdıracaq", - o deyib.

Səfir hər iki ölkənin yüksəksəviyyəli səfərlərin artırılması, müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsi və iqtisadi tərəfdaşlıq üzrə birgə komissiyanın yaradılması üçün münasibətləri dərinləşdirməyə hazır olduğunu qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM