Tailandın Çianqmay əyalətinin Çom Thonq bölgəsində "AT-6" hərbi təyyarəsi qəzaya uğrayıb.
NTV xəbər verir ki, bu barədə CCTV telekanalı məlumat yayıb.
Qəza nəticəsində iki nəfər ölüb.
Hadisə yerli vaxtla səhər təxminən saat 10:30-da təyyarənin təlim uçuşu yerinə yetirdiyi zaman baş verib.
İnsidentin səbəbləri araşdırılır.
