satellite   Azerspace-1: 11135 H 30000

Çin kosmosda süni intellekt üzrə data mərkəzləri yaradacaq

Çin kosmosda süni intellekt üzrə data mərkəzləri yaradacaq

Çin növbəti beş il ərzində kosmik süni intellekt data mərkəzləri istifadəyə verməyi planlaşdırır. NTV xəbər verir ki, bu barədə Sinxua agentliyi bildirib. Bu, İlon Maskın kosmosda “SpaceX” data mərkəzlərini yerləşdirmək planına meydan oxumaq kimi qiymətləndirilir.

Çinin əsas kosmik podratçısı olan Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının (CASC) nümayəndəsi dövlət televiziyası CCTV-ə müsahibəsində istinad edilən beş illik inkişaf planına əsasən, “giqavat sinifli kosmik rəqəmsal kəşfiyyat infrastrukturu” qurulacağını deyib.

Onun sözlərinə görə, yeni kosmik data mərkəzləri bulud və terminal (cihaz) imkanlarını birləşdirəcək, habelə hesablama gücünün, saxlama tutumunun və ötürmə bant genişliyinin dərin inteqrasiyasına nail olacaq. Bu yenilik Yer kürəsindən gələn məlumatların kosmosda emal olunmasına imkan verəcək.

ABŞ-ın “SpaceX” şirkəti yerüstü enerji məhdudiyyətlərinə cavab olaraq, bu il planlaşdırdığı 25 milyard dollarlıq blokçeyn IPO-dan əldə etdiyi vəsaitdən orbital süni intellekt data mərkəzlərinin inkişafı üçün istifadə etməyi planlaşdırır. Keçən həftə İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunda İlon Mask bildirib ki, “SpaceX” yaxın iki-üç il ərzində Günəş enerjisi ilə işləyən süni intellekt data mərkəzi peyklərini buraxmağı planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM