satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada İstilik Elektrik Mərkəzində yanğın olub, iki nəfər ölüb

Rusiyada İstilik Elektrik Mərkəzində yanğın olub, iki nəfər ölüb

Xabarovskdakı (Rusiya) İstilik Elektrik Mərkəzində baş verən yanğın nəticəsində iki nəfər ölüb.

NTV  Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsi məlumat yayıb.

"Podratçı təşkilatın iki əməkdaşı ölüb, daha bir nəfər xəsarət alıb və tibb müəssisəsinə çatdırılıb. Hazırda yanğın lokallaşdırılır. Hadisə yerində 21 nəfər və 7 texnika işləyir", - məlumatda bildirilib.

Bildirilib ki, tikinti işlərinin aparıldığı damda örtük alovlanıb və güclü tüstülənməyə səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM