“Bəzən müşayiət etdiyimiz insanlardan daha az qazanırıq”, - bu sözlər Fransada Sosial Təminat sistemində çalışan sosial işçilərin narazılığını açıq şəkildə ifadə edir.
NTV xəbər verir ki, Fransada təxminən 5 min sosial işçi – sosial yardım mütəxəssisləri və xüsusi təhsil üzrə pedaqoqlar - daha yaxşı əməkhaqqı tələbi ilə tətilə çağırılıb.
Bildirilir ki, CAF, Carsat və MSA kimi sosial təminat qurumlarında çalışan mütəxəssislər hər gün gəlir itkisi yaşayan, xəstə, əlil, hərəkət qabiliyyətini itirmiş şəxslərə və tək qalmış azyaşlılara dəstək göstərirlər. İş şəraitinin getdikcə ağırlaşdığını vurğulayan işçilər maaşlarının yenidən qiymətləndirilməsini, aylıq mükafatın verilməsini tələb edirlər.
