satellite   Azerspace-1: 11135 H 30000

Portuqaliyada fırtına beş nəfərin ölümünə səbəb olub

Portuqaliyada fırtına beş nəfərin ölümünə səbəb olub

Portuqaliyada "Kristin" fırtınası nəticəsində beş nəfər həlak olub.

NTV xəbər verir ki, bu barədə "Diário de Notícias" nəşri məlumat yayıb.

"Leyriya, Nazare, Ferreyra-du-Zezere, Fiqeyra-da-Foş və Kaştelu-Brankuda fövqəladə vəziyyət elan edilib. İnsanlar evlərini tərk edirlər", - nəşr qeyd edir.

Bundan başqa, fırtına səbəbindən Baş nazir Luiş Monteneqru xarici səfərlərini ləğv edib.

Əlverişsiz hava şəraiti dəmiryol nəqliyyatının işinə də təsir göstərib. "Infraestruturas de Portugal" şirkəti bəzi istiqamətlərdə qatarların hərəkətinin dayandırıldığını bildirib.

Ölkənin materik hissəsində təxminən 450 min insan işıqsız qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM