satellite   Azerspace-1: 11135 H 30000

Macarıstan Avropa İttifaqının Ukraynaya 1,5 trilyon dollar ayırmaq planına qarşı çıxır

Macarıstan Avropa İttifaqının Ukraynaya 1,5 trilyon dollar ayırmaq planına qarşı çıxır

Avropa İttifaqı liderləri mart ayında Brüsseldə keçiriləcək növbəti sammitdə Ukraynaya 10 il ərzində 1,5 trilyon dollar ayırmaq barədə qərar qəbul etmək niyyətindədirlər.

NTV xəbər verir ki, Macarıstan Baş nazirinin ofisinin rəhbəri Gergey Quyyaş Macarıstan hökumətinin Avropa İttifaqı rəhbərliyinin bu planına qarşı çıxacağı barədə xəbərdarlıq edib.

“Hazırda Brüsselin atdığı bütün addımlar Ukraynada müharibənin davam etdirilməsinə yönəlib. Onlar Avropa İttifaqının mart ayında keçiriləcək sammitində bu istiqamətdə qərarlar qəbul etmək istəyirlər. Macarıstan isə müharibənin maliyyələşdirilməsinə müqavimət göstərməyə çalışır”, - deyə Gergey Quyyaş jurnalistlərlə görüşdə bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı son dörd ildə Ukraynanı dəstəkləmək üçün 193 milyard avro xərcləyib və bu, Macarıstanın 2004-cü ildə icmaya qoşulduğu gündən bəri Brüsseldən aldığı məbləğdən üç dəfə çoxdur.

Siyasətçi qeyd edib ki, hazırda Brüssel üzv dövlətlərin ümumi krediti hesabına 2026-2027-ci illərdə Kiyevə daha 90 milyard avro faizsiz “müharibə krediti” verməyi təklif edir.

Bundan əlavə, Avropa İttifaqı, digər Qərb ölkələri ilə birlikdə, növbəti 10 il ərzində Ukraynaya 1,5 trilyon dollar ayırmaq niyyətindədir ki, bunun da 800 milyard dolları yenidənqurma işləri, 700 milyard dolları isə hərbi məqsədlər üçün nəzərdə tutulub. Macarıstan isə bu xərcləri ödəmək istəmir. O, həmçinin vurğulayıb ki, Macarıstan Ukraynanın Avropa İttifaqına tələsik qəbulu planına da qarşı çıxır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM