satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistan Prezidenti Türkiyədə səfərdədir

Özbəkistan Prezidenti Türkiyədə səfərdədir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə rəsmi səfər edib.

NTV  "TRT Haber"ə istinadən xəbər verir ki, Özbəkistan Prezidentini və xanımı Ziroat Mirziyoyevi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Esenboğa Hava Limanında qarşılayıblar.

Qeyd edilib ki, hər iki lider Türkiyə–Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında iştirak edəcək. İclasda ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar ətraflı şəkildə müzakirə olunacaq.

Liderlərin təkbətək və nümayəndə heyətləri ilə görüşlərdən sonra mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM