satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqının ilk viza siyasəti strategiyası təqdim edilib

Avropa İttifaqının ilk viza siyasəti strategiyası təqdim edilib

Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) tarixində ilk dəfə olaraq təhlükəsizliyi gücləndirməyə, iqtisadiyyatın rəqabət qabiliyyətini artırmağa və artan mobillik və geosiyasi çağırışlara uyğunlaşmağa yönəlmiş viza siyasəti strategiyasını təqdim edib.

NTV xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında AK-nın vitse-prezidenti Henna Virkkunen bildirib.

"Strategiya ilkin təhlükəsizlik nəzarətini gücləndirərək Avropanı daha təhlükəsiz, istedadlar və investorlar üçün daha cəlbedici və viza prosedurlarını müasirləşdirməklə daha səmərəli etməyi hədəfləyir",- o bildirib.

Virkkunen AK-nın strategiyanı Aİ-yə üzv dövlətlərlə sıx əməkdaşlıq şəraitində hazırladığını vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM